Misli Premyer Liqasının XIII turunun “Qarabağ” - “Sumqayıt” oyunundan (4:2) Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Futbolçularımı təbrik edirəm, göstərdikləri oyuna və qalibiyyətə görə təşəkkürümü bildirirəm. 4 qol vuraraq qələbə qazanmaq da xoşdur. Qarşımızda yaxşı müdafiə olunan və təşkilatlanmış kollektiv var idi. Maraqlı və bol qollu oyun alındı. Soyuq havada stadiona gəlib komandamızı dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm. Həvəslə üzərimizdə çalışmağa davam edirik. Çox çalışqan və intizamlı futbolçulara malikik. Çempionatda bütün rəqiblər istənilən komandaya qarşı çox ciddi hazırlaşırlar. Bu gün də bol qollu mübarizə izlədik. Belə oyunlar futbola sevgini daha da artırır”.