"Futbolçularımla fəxr edirəm" - Filipe Kandido

"Futbolçularımla fəxr edirəm" -  Filipe Kandido
“Sumqayıt” Misli Premyer Liqasının 13-cü turunun oyununda “Azersun Arena”da “Qarabağ”a 2:4 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini jurnalistlərlə bölüşüb:
"Futbolçularımla fəxr edirəm. Hər rəqibə qarşı sona qədər mübarizə apara bilirlər. Fikrimcə, bu gün ilk hissədə bərabər səviyyəli oyun keçdi. Rəqib topa daha çox nəzarət etsə də, ilk 40 dəqiqədə balanslı və intizamlı futbol nümayiş etdirdik. Fasiləyə 5 dəqiqə qalmış 2 kobud səhvə yol verdik və onlar bundan yararlandı. Futbolçulara dedim ki, qorxmadan oynasaq, geridönüş edə bilərik. Bundan sonra 2:2 hesabına nail olduq. Lakin sonda enerjimiz bitdi və yekunda uduzduq. Bir neçə futbolçumuz zədəlidir. Bu gün akademiyamızın yetirməsi olan gənc oyunçuları da meydana buraxdıq. Hər şey həmişə idman nəticələri ilə ölçülmür. Əzmkarlıq da olmalıdır və bu varsa, yaxşı olacaq".
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər