“Beşiktaş” İngiltərə millisinin futbolçusuna göz dikdi

“Beşiktaş” İngiltərə millisinin futbolçusuna göz dikdi
Türkiyənin “Beşiktaş” klubu İngiltərənin “Nyukasl” (Newcastle United) komandasında çıxış edən Co Villoku (Joe Willock) heyətinə qatmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı T24 yayıb.
Mənbənin məlumatına görə, İstanbul təmsilçisi 27 yaşlı yarımmüdafiəçinin transferi üçün yanvar ayında danışıqları intensivləşdirməyi planlaşdırır. “Beşiktaş” yay transfer pəncərəsində də futbolçunu heyətinə qatmağa çalışsa da, tərəflər razılığa gələ bilməyiblər.
“Beşiktaş”ın prezidenti Serdal Adalı bildirib ki, baş məşqçi Villokun transferində maraqlıdır. Onun sözlərinə görə, klub yanvar ayından etibarən futbolçu ilə birbaşa danışıqlar aparmaq hüququ əldə edəcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər