Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi Avropa federasiyasının prezidenti Astrid Hasani ilə görüş keçirib.
Fanat.Az xəbər verir ki, görüşdə idmanın inkişafı və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov Azərbaycanda səfərdə olan Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrid Hasani ilə görüşüblər.
Görüşdə Azərbaycanda idmanın və xüsusilə ağırlıqqaldırmanın inkişafına dövlət tərəfindən böyük dəstək göstərildiyi vurğulanıb.
Beynəlxalq əlaqələrin qurulmasına xüsusi diqqət yetirildiyi və müxtəlif ölkələrin yığmalarının Bakıda təlim-məşq toplanışları keçirdiyi qeyd olunub.
Təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.