"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət

"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət

"Qarabağ"ın gənc hücumçusu Əli İbrahimov karyerasını Yunanıstanda davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, 18 yaşlı forvard Yunanıstanın köklü klublarından olan "Olimpiakos"un maraq dairəsinə düşüb.

"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət

Ağdam təmsilçisinin B komandasında və U-19 heyətində, eləcə də Azərbaycanın U-20 milli komandasında çıxış edən gənc hücumçu Pirey təmsilçisində sınaq çıxışına dəvət alıb.

Ötən mövsüm UEFA Gənclər Liqasında "Qarabağ"ın keçirdiyi 6 qarşılaşmanın 5-də (2-si əsas heyətdə, 3-ü sonradan daxil olmaqla) şans qazanan İbrahimov "Olimpiakos"da sınaq dövrünü uğurla başa vuracağı təqdirdə, ilk mərhələdə Yunanıstan klubunun B komandasını və U-19 heyətini gücləndirəcək.
Kamil Xudiyev
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər