1-ci Liqanın 4-cü turunun açılış matçında "Zaqatala"nı qəbul edən lider "Şahdağ Qusar" 6:0 hesablı qələbə qazandı. Qusar təmsilçisinin tanınmış futbolçularından olan Mehrac Baxşalı komandasının böyükhesablı qələbəsinə dublla töhfə verdi. Mehracla əlaqə saxlayıb oyun barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rıqibin əsasən gənclərdən qurulmuş, hərəkətli komanda olduğunu, pressinq edəcəklərini bilirdik. Baş məşqçimiz bizi onların necə oynadığı barədə məlumatlandırmışdı. Bizi çətin qarşılaşma gözlədiyinin fərqindəydik. Məşqçinin verdiyi tapşırıqları mümkün qədər yüksək səviyyədə yerinə yetirməyə çalışdıq və belə hesab qeydə alındı.
Düzü, iki qol vuracağıma ümidim var idi. Yəni inanırdım ki, dubl edə bilərəm. Hər oyuna ümidlə çıxıram. Şadam ki, iki qol vurdum. Bizim üçün ən vacib olan komandanın qələbə qazanmasıdır. Şükürlər olsun ki, istəyimizə çatdıq. Artıq "Xankəndi" ilə görüş barədə düşünürük".
Xatırlıadaq ki, 1-ci Liqanın ilk 4 turunda maksimum nəticə qazanan "Şahdağ Qusar" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Nihat