"Şəfa"nın forvardı sıraya döndü

"Şəfa"nın forvardı sıraya döndü
Misli Premyer Liqasının 7-ci turunda "Turan Tovuz"u qəbul edəcək "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
"Hepardlar"ın sözçüsü Heybət Məmmədovun Fanat.Az-a verdiyi məlumata görə, komanda oyuna itkisiz hazırlaşır.
O, zədə səbəbindən bir müddət kənarda qalan braziliyalı hücumçu Luis Felipenin də sıraya döndüyünü və "boz qurdlar"a qarşı oynaya biləcəyini açıqlayıb.
Qeyd edək ki, "Şəfa" - "Turan Tovuz" matçı oktyabrın 11-də keçiriləcək. Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq qarşılaşmanın start fiti 18:30-da səsləndiriləcək. Hazırda 3 xalı olan Bakı təmsilçisi turnir cədvəlinin 10-cu, 11 xala malik Tovuz komandası isə 4-cü pilləsində mövqe tutub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər