Mbappe 2027-ci ildə İngiltərəyə gəlir?

Mbappe 2027-ci ildə İngiltərəyə gəlir?

"Liverpul" "Real Madrid"in fransalı ulduz hücumçusu Kilian Mbappe üçün transfer planı hazırlayır.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 2027-ci ilin yayında 212 milyon funt-sterlinq qarşılığında Mbappeni heyətinə qatmağa hazırlaşır.

"Qırmızı-qaralar" bu nəhəng transferi maliyyələşdirmək üçün yüksək məvacib alan iki futbolçusu ilə yolları ayırmağı planlaşdırır.

Mbappenin Madriddən ayrılmaq istəyindən yararlanmaq istəyən "Liverpul" 2027-ci ilin əvvəlində fransalı hücumçunun nümayəndələri ilə rəsmi təmaslara başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər