Türkiyə milli komandasında Vinçentso Montella (Vincenzo Montella) dövrü başa çatıb və onun yerinə Arda Turanın gətiriləcəyinə dair məlumatlar yayılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sabah" yayıb.
Türkiyə yığmasının yeni baş məşqçisinin kim olacağı ilə bağlı müzakirələr fonunda, hazırda "Şaxtyor"a (Shakhtar) rəhbərlik edən Arda Turanın namizədliyinin nəzərdən keçirildiyi bildirilir.
Vinçentso Montellanın vəzifədəki fəaliyyəti, əsas milli komandanın UEFA Millətlər Liqasında ardıcıl dörd məğlubiyyət almasından sonra yekunlaşıb. Türkiyə Futbol Federasiyasının bu vəzifə üçün yerli məşqçiyə üstünlük verdiyi bildirilir. Federasiya Arda Turanla bağlı ilkin əlaqələr yaradıb. Lakin "Şaxtyor" dərhal cavab verərək onun getməsinə razı olmadıqlarını bildirib. Danışıqların davam etdiriləcəyi gözlənilir.
Qeyd edək ki, Arda Turan "Şaxtyor"un sükanı arxasında 61 matça çıxıb. Ötən mövsüm komandanı Ukrayna çempionluğuna daşıyıb.
Əlisahib İbrahimli