Ronaldu millidən kənarlaşdırıldı

Ronaldu millidən kənarlaşdırıldı

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu (Cristiano Ronaldo) barəsində intizam işi açılıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Talk Sport" (TalkSport) yayıb.

Məlumata görə, təcrübəli hücumçu araşdırma başa çatanadək müvəqqəti olaraq millidən kənarlaşdırılıb.

Portuqaliya Futbol Federasiyasının İntizam Şurası bu qərarı Ronaldonun milli komandanın düşərgəsini vaxtından əvvəl tərk etməsi ilə bağlı hadisədən sonra qəbul edib.
41 yaşlı futbolçu baş məşqçi Jorje Jezuşla (Jorge Jesus) yaşadığı fikir ayrılığından sonra komandanın düşərgəsini tərk edib. Ronaldu daha əvvəl açıqlamasında baş məşqçinin ona verdiyi vədlərə əməl etmədiyini bildirmiş, baş verənlərə görə məsuliyyəti üzərinə götürərək azarkeşlərdən və komanda yoldaşlarından üzr istəmişdi.
Federasiyanın qərarına əsasən, iş təcili araşdırılması üçün İntizam İstintaq Komissiyasına göndərilib. Araşdırma yekunlaşana qədər proseslə bağlı əlavə məlumatların açıqlanmayacağı bildirilib.
Qeyd edək ki, Ronalduya veriləcək yekun cəzanın müddəti hələ məlum deyil.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər