MOİK 1-ci Liqanın 4-cü turu çərçivəsində sabah "Mingəçevir"i qəbul edəcək.
"Hərbçilər"in qapıçısı Kamran İbrahimov matçdan öncə fikirlərini Fanat.Az-a bölüşüb:
"Birinci Liqada zəif rəqib yoxdur. Bütün komandalar döyüşür, xal və ya xallar qazanmağa çalışır. Geridə qalan üç tura baxsaq, sürpriz nəticələrin qeydə alındığını görərik. Bütün oyunlara qələbə üçün çıxırıq. Bu qarşılaşmada da meydandan uğurlu nəticə ilə ayrılmağa çalışacağıq. Komandamızdan qələbə gözləyirəm".
Qeyd edək ki, Binə qəsəbə stadionunda keçiriləcək görüşün start fiti 15:30-da səsləndiriləcək.
Nihat