İspaniyanın "Barselona" klubu UEFA Çempionlar Liqası çərçivəsində noyabrın 25-də Bakıda "Sabah"a qarşı keçiriləcək səfər oyunu üçün bilet qiymətlərini müəyyənləşdirib.
Fanat.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi klub azarkeşləri üçün bu qarşılaşmanın biletlərini cəmi 7.50 avroya satışa çıxarıb.
Bununla belə, klub azarkeşlər üçün rəsmi səfər proqramı təşkil etməyəcəyindən, Barselonadan Azərbaycana gediş-dönüş təyyarə biletlərinin qiymətinin 600 avrodan baha başa gələcəyi gözlənilir.
Ümumilikdə "Barselona" azarkeşləri üçün Bakıdakı oyuna 3 min 500 civarında bilet ayrılması planlaşdırılır.
Kamil Xudiyev