Qvardiola “Etihad”a qayıdır

Qvardiola “Etihad”a qayıdır
Pep Qvardiola “Mançester Siti”nin PSJ ilə keçirəcəyi UEFA Çempionlar Liqası matçını izləmək üçün “Etihad” stadionuna qayıdacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı “Goal.com” yayıb.
Mənbənin məlumatına görə, İspaniyalı mütəxəssis bu yay “Mançester Siti”nin baş məşqçisi vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə stadiona gələcək. Qvardiolanın oktyabrın 14-də keçiriləcək görüşdə tribunalarda əyləşəcəyi gözlənilir.
Onun səfəri klubun maliyyə qaydalarının pozulması ilə bağlı müstəqil komissiyanın qərarından sonra “Mançester Siti”yə dəstək nümayiş etdirməsi kimi qiymətləndirilir. Klub qərardan apellyasiya şikayəti verib və ittihamları qəbul etmir.
Qvardiola qərardan sonra sosial şəbəkədə “Mançester Siti”yə dəstəyini açıq şəkildə ifadə edib və klubun rəhbərliyinin, futbolçularının və azarkeşlərinin yanında olduğunu bildirib.
55 yaşlı mütəxəssis “Mançester Siti”yə 10 il rəhbərlik edib və bu müddətdə 6 dəfə İngiltərə çempionu olub, həmçinin klub tarixində ilk Çempionlar Liqası kubokunu qazanıb.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər