Bu gün Misli Premyer Liqasında 7-ci turun matçları keçiriləcək. "Neftçi" evində "Sabah"ı qonaq edəcək.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb görüşlə bağlı fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Maraqlı matç bizi gözləyir. "Neftçi" birinci yer uğrunda iddiasını davam etdirəcək və sona kimi mübarizə aparacaq. Son çempion "Sabah" isə baxımlı oyunu və öz üslubu ilə meydana çıxacaq. Şanslar bərabərdir. Derbinin qarşılıqlı hücumlarla maraqlı keçəcəyini düşünürəm. "Sabah"ın Çempionlar Liqasına görə rotasiya etməsi gözlənilir. Ancaq məncə, çox böyük dəyişiklik olmayacaq. Lakin hansı heyətlə meydana çıxacağı da maraqla gözlənilir. Hər iki komanda milli fasilədən yaxşı yararlanmağa çalışdı. Hər iki komandamıza uğurlar arzulayıram!"
Qeyd edək ki, matç "Palms Sports Arena"da baş tutacaq. Görüşün start fiti saat 19:30-da səsləndiriləcək.
Əlisahib İbrahimli