Azərbaycan Kuboku: "Zəngəzur" və "Kür-Araz" inamlı qələbə, "Marafon" darmadağınla növbəti mərhələdə

Azərbaycan Kuboku: "Zəngəzur" və "Kür-Araz" inamlı qələbə, "Marafon" darmadağınla növbəti mərhələdə
Bu gün Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, bu gün daha 3 görüş reallaşıb.
"Difai" "Zəngəzur"u, "Marafon" "Dinamo"nu, "Şirvan" isə "Kür-Araz"ı qəbul edib. Yekunda "Zəngəzur" və "Kür-Araz" inamlı qələbə, "Marafon" isə darmadağınla növbəti mərhələyə yüksəlib.
Xatırladaq ki, daha öncə "Qaradağ Lökbatan" "Şəki"ni, "Ağstafa Gəncləri" isə "Şəmkir"i mübarizədən kənarlaşdırıb. Bu mərhələyə sabah keçiriləcək "Ağdaş" – "Hypers" oyunu ilə yekun vurulacaq.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
8 oktyabr
“Difai” – “Zəngəzur” 1:3
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Marafon” – “Dinamo” 3:0
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Sabirabad. “Marafon Arena”, 14:30.
“Şirvan” – “Kür-Araz” 1:3
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 14:30.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər