Misli Premyer Liqasında 7-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, milli komandalara görə çempionatda yararan yarımaylıq fasilədən sonra bu gün çempionatda 2 oyun keçiriləcək.
Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz” ilə üz-üzə gələcək. Şamaxıda baş tutacaq və saat 16:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Turun mərkəzi oyununda isə “Neftçi” ilə “Sabah” münasibətlərinə aydınlıq gətirəcəklər. “Palms Sports Arena”da təşkil olunacaq paytaxt derbisi Rauf Cabbarova tapşırılıb. Bu görüşdə "ağ-qaralar" turnir cədvəlinin zirvəsindəki mövqeyini qorumağa çalışacaqsa, "bayquşlar" Çempionlar Liqasında "Slaviya" ilə ev oyunu ərəfəsindəki sınaqdan itkisiz çıxmaq əzmindədir.
Qeyd edək ki, turun “Zirə” – “Şamaxı” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah, “İmişli” – “Qarabağ” və “Şəfa” – “Turan Tovuz” görüşləri oktyabrın 11-də keçiriləcək.
Misli Premyer Liqası
7-ci tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Kəpəz” 0:0 (1-ci hissə)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
"Araz-Naxçıvan": 99. Tərlan Əhmədli 29. Ceyhun Nuriyev 2. Abdulla Rzayev 9. Ağadadaş Salyanskiy 27. Boyan Letiç 6. Patrik Andrade (k) 17. İssuf Paro 11. Mohamed Mara 12. Bruno Franko 5. Luka Dumançiç 23. Alberto Fernandes
Ehtiyat oyunçular: 1. Artur Auqusto 14. Ülvi İsgəndərov 26. Ömər Buludov 13. Qabil Əlizadə 8. Mustafa Əhmədzadə 53. Fərid Tağıyev 21. İbrahim Piriyev 10. Şarl Boli 19. Abdallah Sudi
Baş məşqçi: Yuri Maksimov
"Kəpəz": 1. Rojerio Santos 34. Urfan Abbasov (k) 7. Namik Ələskərov 9. Kennet Kalunqa 66. David Domqjoni 11. Viktor Stina 33. Benito 3. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze 27. Desmond Akua
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli 81. Elgün Bayramov 10. Rəhman Hacıyev 6. Vadim Abdullayev 20. Rafael Məhərrəmli 8. Şakir Seyidov 5. Hüseyn Babayev 17. Ümid Səmədov 19. Fərid Kələntərov 2. Arzu Atakişiyev 70. Şahnur İsmayılov 23. Raul İsaqov
Baş məşqçi: Azər Məmmədov
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Palms Sports Arena”.