NBA ulduzu Madrid nəhənginin səhmdarı oldu

NBA ulduzu Madrid nəhənginin səhmdarı oldu
"Oklahoma Siti" basketbol klubunun oyunçusu Şey Gildjes-Alexander İspaniyanın "Atletiko Madrid" futbol klubunun səhmlərinin bir hissəsini satın alıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Atletiko"nun rəsmi saytı yayıb.
Payın həcmi və sövdələşmənin dəyəri açıqlanmayıb. Ulduz basketbolçu Madrid nəhənginin səhmdarlarından olduqdan sonra təəssüratlarını belə bölüşüb:
"Atletiko"nun sahibləri cərgəsinə qoşulduğum üçün çox şadam. Bu, uzun illərdir Avropa futbolunun zirvəsində olan bir klubdur və onun gələcəyinin bir hissəsi olmaq imkanına görə minnətdaram".
28 yaşlı kanadalı dövrümüzün ən yaxşı basketbolçularından biridir. O, 2025-ci ildə NBA çempionluğunu və həm müntəzəm mövsümün, həm də finalın Ən Dəyərli Oyunçusu (MVP) mükafatını qazanıb, 2026-cı ildə isə ardıcıl ikinci dəfə liqanın MVP mükafatına yiyələnib.
"Atletiko Madrid" İspaniyanın titullu klublarındandır. Paytaxt klubu 11 dəfə La Liqanın qalibi olub. Amerika investisiya şirkəti "Apollo Global Management" 2025-ci ildən bəri "Atletiko"nun əksər səhmlərinin sahibidir. O dövrdə klubun dəyəri təxminən 2 milyard avro idi.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər