Bakıda keçirilən cüdo üzrə dünya çempionatı zamanı Azərbaycan cüdoçularına 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim olunub.
Fanat.Az xəbər verir ki, bu barədə azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Milli Gimnastika Arenasında keçirilən mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının (International Judo Federation) Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja təqdim edib.
7-ci dan dərəcəsinə Elçin İsmayılov və Fərhad Məmmədov layiq görülüblər.
6-cı dan dərəcəsi isə Elxan Məmmədov, İrina Kindzerska (Iryna Kindzerska), Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüfət İsmayılov və Mübariz Cəfərova təqdim olunub.
Qeyd edək ki, dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini ifadə edir.
Cüdo üzrə böyüklər arasında dünya çempionatı
Bakıda keçirilir