Rafinya "Qalatasaray" ilə matçda oynamayacaq

Rafinya "Qalatasaray" ilə matçda oynamayacaq

“Barselona”nın (Barcelona) braziliyalı futbolçusu Rafinya (Raphinha) zədə səbəbindən komandasının qarşıdakı iki oyununda iştirak etməyə bilər.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Guardian" yayıb.
Məlumata görə, hücumameyilli futbolçu bud nahiyəsindəki zədə ilə bağlı problem yaşayır. Onun vəziyyəti tibbi müayinədən sonra dəqiqləşəcək.
Rafinyanın mümkün yoxluğu “Barselona”nın qarşıdakı matçlar öncəsi planlarına təsir göstərə bilər. Kataloniya təmsilçisinin məşqçilər heyəti futbolçunun bərpa prosesini yaxından izləyir.
Qeyd edək ki, Rafinya "Xetafe" (Getafe) və "Qalatasaray" (Galatasaray) matçlarında iştirak edə bilməyəcək.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər