"Barselona" braziliyalı gənc müdafiəçi üçün hərəkətə keçdi

"Barselona" braziliyalı gənc müdafiəçi üçün hərəkətə keçdi

"Barselona" Braziliyanın "Atletiko Paranaense" klubunun mərkəz müdafiəçisi Artur Diası heyətinə qatmaq variantını nəzərdən keçirir.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deko 19 yaşlı futbolçu haqqında müsbət rəylər alıb və onu canlı izləmək üçün Braziliyaya skaut göndərib.

İspaniya nəhəngi hələlik rəsmi təklif irəli sürməsə də, gənc stoperin transferində çox maraqlıdır.

Qeyd edək ki, Londonun "Tottenhem" klubu braziliyalı müdafiəçi üçün artıq 21 milyon avroluq təklif göndərsə də, bu təklif qarşı tərəf tərəfindən rədd edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər