1-ci Liqa: MOİK "Mingəçevir"ə qarşı, "Xankəndi"nin səfər sınağı

1-ci Liqa: MOİK "Mingəçevir"ə qarşı, "Xankəndi"nin səfər sınağı
Azərbaycan 1-ci Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə 2 matç baş tutacaq.
Günün əsas maraq doğuran görüşü Binədə keçiriləcək. İddialılardan olan MOİK ilə "Mingəçevir" münasibətlərinə aydınlıq gətirəcəklər. Digər qarşılaşmada isə "Xankəndi" Şamaxıda "Şimal"la üz-üzə gələcək.
4-cü tura sabah baş tutacaq "Gəncəbasar" - "Baku Sportinq" oyunu ilə yekun vurulacaq.
Hazırda turnir cədvəlinə maksimum nəticə ilə "Şahdağ Qusar" başçılıq edir.
1-ci Liqa
4-cü tur
9 oktyabr
15:30. MOİK – “Mingəçevir”
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu.
15:30. “Şimal” – “Xankəndi”
Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər