DÇ: Murad da Qoki Tayimanın öhdəsindən gələ bilmədi

DÇ: Murad da Qoki Tayimanın öhdəsindən gələ bilmədi
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
Fanat.Az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda yaponiyalı Qoki Tayimaya məğlub olub.
O, turnirdəki sonuncu qarşılaşmasında serbiyalı Nemanya Maydovun müqavimətini qırmağa çalışacaq.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, Tayima 1/6 finalda Süleyman Şükürovu mübarizədən kənarlaşdırmışdı.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər