Bakıda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara bu gün yekun vurulur.
Fanat.Az xəbər verir ki, mundialın fərdi yarışlarının sonuncu günündə tatamiyə ən ağır çəki dərəcələrində mübarizə aparan idmançılar çıxacaq.
Kişilərin mübarizəsində 100 kq-dan artıq çəki dərəcəsində Azərbaycanın 3 cüdoçusu, qadınlarda isə +78 kq-da 1 idmançımız yarışacaq.
Konkret, Uşangi Kokaurinin ilk rəqibi Qırğızıstan təmsilçisi Emirxan Joldoşkaziev olacaq.
Camal Qamzatxanov (+100 kq) Çili idmançısı Solis Fransisko ilə üz-üzə gələcək.
Kənan Nəsibov isə ilk mərhələdən azaddır. O, növbəti raundda Losseni Kone (Almaniya) - Vidak Valyeviç (Serbiya) cütünün qalibi ilə mübarizə aparacaq.
Xanım cüdoçularəməzdan Mədinə Qaysinova (+78 kq) isə ilk sənaqda italiyalı Asya Tavano ilə qarşılaşacaq.
Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə 11:30-da başlayacaq. Fərdi yarışlar başa çatdıqdan sonra, çempionat oktyabrın 11-də qarışıq komanda yarışları ilə yekunlaşacaq.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında artıq rekord nəticəyə imza atıb. Yarışda 5 medal qazanan milli komanda medal cədvəlində Yaponiyadan sonra ikinci yerdə qərarlaşıb.
Dünya çempionatında 90-dan çox ölkədən 620-dən artıq idmançı iştirak edir.
Mirağa