Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA

Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq -  AÇIQLAMA
"Rusiyanın Premyer Liqa komandasının əsas qapıçısı ilə maraqlanacağam".
Bu sözləri Fanat.Az-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.
Sözügedən mütəxəssis "millimizin sabiq qolkiperi Kazemir Qudiyevin "Akron"da əsas qapıçı qismində çıxış edən oğlu Vitali Qudiyevin seçməmizə dəvət edilməsi gündəmdədirmi?" sualını cavablandırıb:
"Açığı, çox maraqlı faktdır. Amma seleksiya şöbəsindən mənə bu barədə məlumat verilməyib. Kazemir Qudiyevi xatırlayıram. Mövcud vəziyyəti dəqiqləşdirmək və araşdırmaq lazımdır".
Qeyd edək ki, Vitali Rusiyanın U-17 və U-21 millilərinin hərəsində 1 rəsmi matça çıxıb. Ata Qudiyev isə 3 rəsmi qarşılaşmada Azərbaycanın əsas yığmasının sırlarında olub.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər