Misli Premyer Liqasında 7-ci tur start götürür.
Fanat.Az xəbər verir ki, milli komandalara görə çempionatda yararan yarımaylıq fasilədən sonra bu gün çempionatda 2 oyun keçiriləcək.
Turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəz” ilə üz-üzə gələcək. Şamaxıda baş tutacaq və saat 16:00-da başlayacaq qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Turun mərkəzi oyununda isə “Neftçi” ilə “Sabah” münasibətlərinə aydınlıq gətirəcəklər. “Palms Sports Arena”da təşkil olunacaq paytaxt derbisi Rauf Cabbarova tapşırılıb.
Bu görüşdə "ağ-qaralar" turnir cədvəlinin zirvəsindəki mövqeyini qorumağa çalışacaqsa, "bayquşlar" Çempionlar Liqasında "Slaviya" ilə ev oyunu ərəfəsindəki sınaqdan itkisiz çıxmaq əzmindədir.
Qeyd edək ki, turun “Zirə” – “Şamaxı” və “Sumqayıt” – “Qəbələ” oyunları sabah, “İmişli” – “Qarabağ” və “Şəfa” – “Turan Tovuz” görüşləri oktyabrın 11-də keçiriləcək.
Misli Premyer Liqası
7-ci tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Bakı. “Palms Sports Arena”.