"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ikinci ev oyunu üçün biletlər satışa çıxarılıb.
Fanat.Az xəbər verir ki, "bayquşlar"ın Dortmund "Borussiya"sı ilə matçını tribunadan izləmək istəyənlər artıq bu matça da bilet ala bilərlər.
"Sabah" - Borussiya" görüşü oktyabrın 20-də reallaşacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:45 səsləndiriləcək.
Qeyd edək ki, Valdas Dambrauskasın çalışdırıdığı kollektiv ilk ev oyununu Çexiya "Slaviya"sına qarşı keçirəcək. Oktyabrın 13-də Bakı Olimpiya stadionunda təşkil ediləcək bu matç 20:45-də başlayacaq.