"Real Madrid" iki ulduzu da istəyir

"Real Madrid" iki ulduzu da istəyir

"Real Madrid" klubu heyətini gücləndirmək üçün "Napoli"nin yarımmüdafiəçisi Skott Maktominey və "Bayern Münhen"in sağ cinah hücumçusu Maykl Olise ilə maraqlanır.

Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
Məlumata görə, Madrid təmsilçisi Şotlandiya millisinin üzvü Maktomineyin "Napoli" ilə müqaviləsinin uzadılması istiqamətində aparılan danışıqları izləyir. İspaniya klubu 29 yaşlı futbolçunu mövsümün sonunda transfer etməyi nəzərdən keçirir.
"Real Madrid" iki ulduzu da istəyir
Bununla yanaşı, "kral klubu"nun Maykl Oliseyə də maraq göstərdiyi bildirilir. Lakin Münhen klubu 24 yaşlı Fransa millisinin üzvü ilə müqaviləni uzatmaq niyyətindədir. Futbolçunun hazırkı sözləşməsi 2029-cu ilə qədər qüvvədədir.
"Real Madrid" iki ulduzu da istəyir
Olisenin Almaniya klubundan ayrılması yalnız "Real Madrid"ə mümkün keçid baş tutacağı təqdirdə gündəmə gələ bilər.
Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər