Kənan Yıldız üçün 150 milyonluq transfer iddiası

Kənan Yıldız üçün 150 milyonluq transfer iddiası

"Yuventus"un türkiyəli ulduzu Kənan Yıldız Avropanın top-klublarının hədəfində qalmaqda davam edir.

Fanat.Az Canluka Di Marsioya istinadən xəbər verir ki, "Arsenal", "Tottenhem" və "Real Madrid" 21 yaşlı hücumameyilli yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Ötən yay "Arsenal" və "Tottenhem" Türkiyə millisinin üzvü üçün rəsmi müraciət etsə də, Turin təmsilçisi satmaqdan imtina etmişdi.

Əgər "Yuventus" Kənanı satmaq qərarına gələrsə, onun transfer qiymətinin 150 milyon avro civarında olacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər