İtaliyanın "Komo" klubunun seneqallı vingeri Assan Diao Avropa klublarının diqqət mərkəzinə düşüb.
Fanat.Az xəbər verir ki, 21 yaşlı futbolçunu dəfələrlə canlı izləyən "Mançester Yunayted" onun transferi uğrunda yarışda öndədir.
Seneqal millisinin üzvü ilə "Mançester Yunayted"dən başqa "Liverpul", "Nyukasl", "Aston Villa", "Everton" və "Brentford" kimi klublar da yaxından maraqlanır.
2029-cu ilə qədər müqaviləsi olan futbolçu üçün "Komo" rəhbərliyi 50–55 milyon avro civarında transfer məbləği tələb edir.