1-ci Liqa: MOİK-dən darmadağın, "Xankəndi"dən qollu bərabərlik

1-ci Liqa: MOİK-dən darmadağın, "Xankəndi"dən qollu bərabərlik
Azərbaycan 1-ci Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, turun üçüncü oyun günündə 2 matç baş tutub.
Günün əsas maraq doğuran görüşü Binədə keçirilib. İddialılardan olan MOİK ilə "Mingəçevir"i 3 cavabsız qolla üstələyib. Digər qarşılaşmada isə "Xankəndi" Şamaxıda "Şimal"la üz-üzə gəlib. Hesabı meydan sahibləri açsalar da, Qarabağ təmsilçisi yenilgidən qurtula bilib.
4-cü tura sabah baş tutacaq "Gəncəbasar" - "Baku Sportinq" oyunu ilə yekun vurulacaq.
Hazırda turnir cədvəlinə maksimum nəticə ilə "Şahdağ Qusar" başçılıq edir.
1-ci Liqa
4-cü tur
9 oktyabr
MOİK – "Mingəçevir" 3:0
Qollar: C.Muxtarlı. B.İsmayılov, 58. Ə.Mürsəlov, 80.
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rasim Axundzadə, Kamran Əliyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu.
"Şimal" – "Xankəndi" 1:1
Qollar: E.İbrahimov, 11 - B. Teymurov, 77.
Hakimlər: Maqsud Şamıyev, Rəşad Quliyev, Qəzənfər Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər