Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Fanat.Az xəbər verir ki, o, 1/8 finalda Rusiya təmsilçisi Arman Adamyana uduzub.
Milli Gimnastika Arenasında keçirilən mundial oktyabrın 11-də başa çatacaq.
Daha öncə Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıb.
Toğrul