Holand azarkeşlərə səsləndi

Holand azarkeşlərə səsləndi
“Mançester Siti”nin hücumçusu Erlinq Holand klubun Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı 100-dən çox ittiham üzrə təqsirli bilinməsindən sonra azarkeşləri birlik və pozitivliyə çağırıb.
Fanat.Az xəbər verir ki, norveçli futbolçu bu barədə “Sky Sports”a açıqlamasında danışıb.
Məlumata görə, klub müstəqil komissiyanın qərarından apellyasiya şikayəti verib və hökmün hüquqi, prinsipial və faktiki baxımdan ciddi səhvlər ehtiva etdiyini bildirib.
“Mançester Siti”nin bazar günü “Liverpul”la keçirəcəyi oyun ərəfəsində azarkeşlərə mesajı soruşulan Holand çətin vəziyyətdə birlikdə qalmağın vacibliyini vurğulayıb:
“Biz bir yerdə olmalıyıq. Bir-birimizə dəstək verməli və pozitiv qalmalıyıq. Həyatda nə baş verməsindən asılı olmayaraq, həmişə gülümsəməliyik. Qarşıya baxmalı, matçları qazanmağa çalışmalı və bu vəziyyətdən zövq almalıyıq. Bir-birimizə sevgimizi göstərməliyik. Birlikdə qalmalı, bu yolun dadını çıxarmalı və gülümsəməliyik. Mən bu yeri çox sevirəm. İngiltərə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Azarkeşlərə də çox dəyər verirəm, çünki özüm də onlardan biriyəm və onların hisslərini anlayıram”.
Norveçli hücumçu qarşıdakı “Liverpul” matçının xüsusi əhəmiyyət daşıdığını da bildirib. O, Pep Qvardiola və Yürgen Kloppun rəhbərliyi dövründə iki komanda arasında yaranan rəqabəti xatırladıb.
Qeyd edək ki, “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı qərardan şikayət edib. Klubun mümkün cəzası ilə bağlı yekun qərar hələ məlum deyil.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər