AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.
Fanat.Az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.
O, DÇ-2027-nin seçmə mərhələsində Albaniya və Uels arasında oynanılacaq pley-off qarşılaşmasına təyinat alıb.
Pley-offun I raununun görüşü oktyabrın 9-da Albaniyanın Şkoder şəhərində yerləşən "Loro Boriçi" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.