"Real Madrid" orta xəttini gücləndirmək üçün "Arsenal"ın təcrübəli futbolçusu Mikel Merinonun namizədliyini dəyərləndirir.
Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, "kral klubu" gələcək transfer pəncərələrində 30 yaşlı ispaniyalı yarımmüdafiəçini heyətinə qatmaq ehtimalını nəzərdən keçirir.
Hələlik klublar arasında hər hansı rəsmi danışıqlar aparılmır və Merinonun London təmsilçisi ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.
Transfer dəyəri 25 milyon avro qiymətləndirilən futbolçu üçün ehtimal olunan 30–40 milyon avroluq məbləğ yalnız bazar ehtimalıdır və "Arsenal"ın tələb etdiyi qiymət deyil.