Türkiyə Futbol Federasiyası (TFF) A Milli Komandada baş məşqçi postuna yeni namizədin gətirilməsini planlaşdırır.
Fanat.Az "NTV Spor"a istinadən xəbər verir ki, italiyan mütəxəssis Vinçenzo Montella ilə yolları ayıran federasiya rəhbərliyi boş qalan posta Arda Turanı gətirməyi nəzərdən keçirir.

Türkiyəli gənc mütəxəssisin namizədliyi federasiya rəhbərliyinin daxili iclaslarında əsas müzakirə mövzusuna çevrilib.
Məlumata görə, TFF rəhbərliyi Arda Turanın eyni vaxtda həm "Şaxtyor", həm də Türkiyə millisini çalışdıracağı xüsusi bir iş planı üzərində intensiv danışıqlar aparır.