İngiltərənin "Çelsi" klubu "Barselona"nın təcrübəli yarımmüdafiəçisi Frenki de Yonqu heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
Fanat.Az "Diario Sport" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi Entso Fernandesin "Mançester Siti"yə transferindən sonra 29 yaşlı futbolçunun Kataloniya klubundakı vəziyyətini diqqətlə izləyir.
"Barselona" rəhbərliyi yaxın aylarda niderlandlı yarımmüdafiəçinin komandada aldığı oyun müddətini dəyərləndirəcək və onun gələcəyi ilə bağlı bütün ssenariləri açıq saxlayır.
Yanvar transfer pəncərəsində bu keçidin baş tutması üçün "Çelsi"nin rəsmi təkliflə çıxış edəcəyi gözlənilir.