Arda bu səbəbdən "Real Madrid"dən ayrıla bilər

Arda bu səbəbdən "Real Madrid"dən ayrıla bilər
İngiltərənin "Mançester Yunayted" (Manchester United) klubu Türkiyə millisinin və "Real Madrid"in futbolçusu Arda Güləri heyətinə qatmaq imkanı əldə edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
İddialara görə, Joze Mourinyunun (José Mourinho, Jose Mourinho) "Real Madrid"in yarımmüdafiəçisi Skott Maktominayı (Scott McTominay) transfer etmək istəyi Arda Gülərin gələcəyinə təsir göstərə bilər. Bu vəziyyət İngiltərə klubunun türkiyəli futbolçunu transfer etmək şansını artıra bilər.
Baş məşqçi Joze Mourinyu sabiq yetirməsi Skott Maktominayı "kral klubu"na gətirmək istəyir. Məlumata görə, "Napoli"də çıxış edən şotlandiyalı yarımmüdafiəçinin mümkün transferi Madrid klubunda Arda Gülərin gələcəyi ilə bağlı suallar yarada bilər.
21 yaşlı türkiyəli futbolçu son bir ildə "Real Madrid"in əsas heyətində mövqeyini möhkəmləndirsə də, Cud Bellinqemdən (Jude Bellingham) sonra ikinci seçim hesab olunur. Maktominayın transferi baş tutarsa, Arda Gülərin komandadakı mövqeyi daha da çətinləşə bilər.
Bu vəziyyət "Mançester Yunayted" və "Arsenal" kimi klubların Arda Güləri transfer etmək imkanını artıra bilər. "qırmızı şeytanlar"da Brunu Fernandeşi (Bruno Fernandes) uzunmüddətli perspektivdə əvəz edə biləcək futbolçu kimi dəyərləndirilən türkiyəli yarımmüdafiəçinin transferi hələlik yalnız ehtimaldır.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər