Maktominey İspaniya nəhənginə keçə bilər

Maktominey İspaniya nəhənginə keçə bilər

İspaniya nəhəngi "Real Madrid" İtaliyanın "Napoli" klubunda çıxış edən şotlandiyalı yarımmüdafiəçi Skott Maktomineyə göz dikib.

Fanat.Az "Tuttomercato" nəşrinə istinadən xəbər verir ki, "kral klubu" futbolçunun İtaliya təmsilçisindəki gələcəyinin qeyri-müəyyən olması fonunda artıq onun nümayəndələri ilə təmasa keçib.

"Napoli" ilə yeni müqavilə danışıqları dayandığı üçün Premyer Liqa klubları da təcrübəli orta sahə oyunçusunu diqqətdə saxlayır.

Neapol təmsilçisinin yanvar ayında Maktomineyin ayrılmasına mane olacağı və olası transferi gələn yaya saxlayacağı vurğulanır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər