Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi

Azərbaycan Kuboku: 2-ci təsnifat mərhələsinin bütün cütləri müəyyənləşdi
Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, nəticədə növbəti mərhələnin bütün iştirakçıları müəyyənləşib.
"Marafon" "Dinamo"nu, "Qaradağ Lökbatan" "Şəki"ni, "Kür-Araz" "Şirvan"ı, "Hypers" "Ağdaş"ı, "Ağstafa Gəncləri" "Şəmkir"i, "Zəngəzur" isə "Difai"ni məğlub edərək 2-ci təsnifat mərhələsinə adıayıblar.
Beləliklə, 2-ci təsnifat mərhələsinin bütün cütləri bəlli olub:
"Şimal" – "Araz-Naxçıvan"
"Marafon" – "Zaqatala"
"İmişli" – "Qaradağ Lökbatan"
"Kür-Araz" – "Sumqayıt"
"Qəbələ" – "Mingəçevir"
MOİK – "Şahdağ Qusar"
"Xankəndi" – "Gəncəbasar"
"Hypers" – "Şamaxı"
"Şəfa" – "Ağstafa Gəncləri"
"Zəngəzur" – "Karvan-Yevlax"
"Səbail" – "Zirə"
"Kəpəz" – "Baku Sportinq"
Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsinin oyunları 27-29 oktyabr aralığında baş tutacaq.
Mirağa
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər