Mikel Arteta “Mançester Siti”də çalışdığı dövrdə vicdanının rahat olduğunu bildirib.
Fanat.Az xəbər verir ki, informasiyanı BBC yayıb.
İspaniyalı mütəxəssis keçmiş klubu ilə bağlı qərardan sonra ilk dəfə bu məsələyə dair açıqlama verib.
Arteta 2016/2019-cu illərdə Pep Qvardiolanın köməkçisi kimi “Mançester Siti”də çalışıb. Müstəqil komissiya klubun 2009/2010–2017/2018 mövsümlərini əhatə edən dövrdə maliyyə qaydalarını pozduğunu müəyyən edib. “Mançester Siti” isə qərardan apellyasiya şikayəti verib.
“Arsenal”ın “Lids Yunayted”lə oyunu öncəsi mətbuat konfransında jurnalistlər Artetadan həmin dövrdə “Mançester Siti”də çalışması ilə bağlı vicdanının rahat olub-olmadığını soruşublar.
Baş məşqçi suala qısa şəkildə “Bəli” cavabını verib. O, hüquqi proses davam etdiyi üçün məsələnin təfərrüatlarını şərh etmək istəmədiyini və prosesə hörmətlə yanaşılmalı olduğunu bildirib.
“Mançester Siti” ittihamlarla bağlı mövqeyini müdafiə edir və komissiyanın qərarına etiraz edib.
Əlisahib İbrahimli