Ronaldu Messiyə hörmətini belə ifadə etdi

Ronaldu Messiyə hörmətini belə ifadə etdi
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu uzun illər rəqabət apardığı Lionel Messiyə hörmətini ifadə edib.
Fanat.az xəbər verir ki, Messi Argentina millisində son oyununu keçirərək yığma karyerasını başa vurub. Argentinalı futbolçu Beninə qarşı keçirilən yoldaşlıq görüşündə komandasının 3:0 hesablı qələbəsinə 1 qol və 2 məhsuldar ötürmə ilə töhfə verib.
Messi daha sonra sosial şəbəkə hesabında Argentina millisindəki 21 illik karyerası ilə bağlı vida paylaşımı edib. Ronaldu isə həmin paylaşımın şərh bölməsində argentinalı ulduza müraciət edib.
41 yaşlı futbolçu yazıb:
“Leo, ölkəni müdafiə etdiyin uzun illər və əbədi olaraq yaddaşlarda qalacaq bir tarix. Argentina ilə qazandığın bütün uğurlara böyük hörmətim var. Səni qucaqlayıram.”
Ronaldu ilə Messi uzun illər ərzində futbol dünyasının ən böyük rəqabətlərindən birinin əsas simaları olublar. Buna baxmayaraq, portuqaliyalı ulduz argentinalı futbolçunun milli komandadakı karyerasını və qazandığı uğurları yüksək qiymətləndirib.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər