"Mançester Siti" müdafiəsini gücləndirmək niyyətindədir

"Mançester Siti" müdafiəsini gücləndirmək niyyətindədir

"Mançester Siti" gələn yay üçün transfer hədəflərindən birini müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, söhbət “Brentford”un sağ cinah müdafiəçisi Maykl Kayodedən gedir.

İnformasiyanı "FootballTransfers" yayıb.

Məlumata görə, İngiltərə klubu maliyyə qaydalarının pozulması ilə bağlı üzləşdiyi problemlərə baxmayaraq, 2027-ci il üçün transfer planları üzərində işləyir. "Mançester Siti" ilə yanaşı, "Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Yunayted"in də maraqlandığı bildirilir.
“Şəhərlilər”in baş məşqçisi Enzo Mareskanın 22 yaşlı futbolçunu bəyəndiyi və onu komandanın gələcək planlarına uyğun oyunçu hesab etdiyi qeyd olunur.
"Mançester Siti" müdafiəsini gücləndirmək niyyətindədir
Bununla belə, “Brentford”un Kayodeni satmaq niyyətində olmadığı bildirilir. Klub bu ilin əvvəlində müdafiəçi ilə uzunmüddətli müqavilə imzalayıb. Futbolçunun da komandasında xoşbəxt olduğu vurğulanır.
Kayodenin təxmini transfer dəyəri 62,7 milyon avrodur. “Brentford”un onun üçün bu məbləğdən daha yüksək tələb irəli sürə biləcəyi qeyd edilir.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər