Brunu Fernandeşlə bağlı müqavilə problemi

Brunu Fernandeşlə bağlı müqavilə problemi
"Mançester Yunayted"in kapitanı Brunu Fernandeşlə yeni müqavilə üzrə danışıqlar gözlənildiyi kimi irəliləmir.
Fanat.Az xəbər verir ki, informasiyanı "FootballTransfers" yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubu portuqaliyalı yarımmüdafiəçi ilə əməkdaşlığı davam etdirmək istəyir. Hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq 32 yaşlı futbolçunun klubda qalması gözlənilir.
"Mançester Yunayted" Fernandeşə 2029-cu ilin yayına qədər qüvvədə olacaq müqavilə təklif etməyə hazırdır. Anlaşmaya daha bir mövsüm uzadılma bəndinin daxil edilməsi də müzakirə olunur.Lakin tərəflər arasında əsas fikir ayrılığı müqavilənin müddəti ilə bağlıdır. Klub futbolçunun yaşını və uzunmüddətli öhdəliyin risklərini nəzərə alaraq ehtiyatlı davranır. Digər tərəfdən, Fernandeşin çıxışlarından asılı olaraq müqaviləsinin avtomatik uzadılmasını nəzərdə tutan bənd də müzakirə edilir.
Brununun "Mançester Yunayted"də qalmaq istədiyi bildirilir. Klub da kapitanını komandada saxlamağa ümid edir. Bununla belə, danışıqlar davam etsə də, yaxın vaxtlarda razılığın əldə olunacağı dəqiq deyil.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər