Mikels ÇL matçı barədə nə danışdı?

Mikels ÇL matçı barədə nə danışdı?
“Sabah”ın hücumçusu Coy-Lens Mikels Misli Premyer Liqasının 7-ci turunda “Neftçi” ilə qolsuz heç-heçə etdikləri (0:0) qarşılaşmadan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı futbolçu jurnalistlərə açıqlamasında həm bu görüş, həm də oktyabrın 13-də UEFA Çempionlar Liqasında Çexiyanın “Slaviya” komandası ilə keçirəcəkləri oyun barədə danışıb.
“Bu gün bir xal əldə etdik. Məğlubiyyətsiz oyunlar seriyamız davam edir. Bu matçda uduzmadıq”.
“Sabah”ın futbolçusu komandanın sıx oyun qrafikinə də münasibət bildirib:
“Biz Çempionlar Liqasında da mübarizə aparırıq. Futbol dünyasında vəziyyət belədir. “Slaviya” da eyni qrafiklə üzləşir. Buna görə də oyunlara mümkün qədər yaxşı hazırlaşmalı və qələbə qazanmaq üçün çalışmalıyıq”.
Mikels “Slaviya” ilə qarşılaşma öncəsi azarkeşlərə də səslənib:
“Azarkeşlər öz dostları ilə birlikdə stadiona gəlsinlər və gözqamaşdırıcı atmosfer yaratsınlar. Ümid edirəm ki, Çempionlar Liqasında ilk qələbəmizi əldə edəcəyik”.
Əlisahib İbrahimli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər