“Real Madrid”in braziliyalı hücumçusu Endrik gələcəkdə “Milan”a keçid variantına müsbət yanaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı “La Gazzetta dello Sport” yayıb.
Mənbənin məlumatına görə, 20 yaşlı futbolçu “Real Madrid”dən ayrılmaq məcburiyyətində qalacağı təqdirdə “Milan”a keçməyə razıdır.
Endrik hazırda “Olimpik Lion”da icarə əsasında çıxış edir. Braziliyalı futbolçunun “Real Madrid”lə müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.
“Milan” isə hücum xəttini gücləndirmək üçün Endrikin vəziyyətini yaxından izləyir.
Əlisahib İbrahimli