Dünən Misli Premyer Liqasının 7-ci turunda “Sabah” “Neftçi” ilə səfərdə 0:0 hesabı ilə bərabərə qalıb.
Fanat.Az xəbər verir ki, “Sabah”ın futbolçusu Umarali Raxmonaliyev qarşıdan gələn Çempionlar Liqası matçı ilə bağlı fikirlərini bölüşüb.
Onun açıqlaması belə olub:
– Qarşıdan "Slaviya" ilə oyun gəlir. Nə düşünürsünüz, ümumiyyətlə hədəf nədir? "Mançester Yunayted"lə görüşdə üç xal gözləmək düzgün olmazdı. Bəs "Slaviya" ilə matçda bunu biz gözləyə bilərik?
– Mən oyundan qabaq nəticədən danışa bilmirəm. Deyə bilərəm ki, meydanda pis oynamaq olmur. Biz ürəkdən oynayacağıq. Azərbaycan futbolçuları olmasaq da, ölkə klubuna görə oynayırıq, onun üçün də biz yüz faiz performansla çıxış edəcəyik. Nəticə bilmirəm nə olacaq. İnanıram ki, kim güclü olsa, o qalib gələcək. Düşünürəm ki, biz daha üstün olacağıq.
– Özbəkistanda Azərbaycan və "Sabah" haqqında artıq sən gedəndən sonra fikir formalaşıbmı?
– Mən bilirəm ki, futbola daxil olan hər bir şəxs indi də Azərbaycan futbolunun, "Sabah"ın azarkeşi olub.
– Bakı Olimpiya Stadionunda oynayacaqsınız, hətta məşq də etdiniz. Necə hisslərdir, həyəcan varmı? Ölkənin ən böyük stadionunda oynayacaqsınız.
– Həyəcan yoxdur. Azarkeşlərin dəstəyi bizi ruhlandıracaq. Bu oyuna maksimal dərəcədə hazır olacağıq.
Əlisahib İbrahimli