Misli Premyer Liqasının 7-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Qəbələ"nin heyəti ilə bağlı son vəziyyət bəllidir.
"Qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədlinin Fanat.Az-a verdiyi məlumata görə, sözügedən kollektiv "kimyaçılar"la matça tam heyətlə hazırlaşır.
O, hazırda bölgə komandasında zədəli və ya cəzalı futbolçu olmadığını bildirib.
Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" görüşü oktyabrın 10-da reallaşacaq. "SOCAR Polymer Arena"da baş tutacaq matçın start fiti 19:30-da səsləndiriləcək. Əvvəlki turlarda 2 xal qazanan meydan sahibləri turnir cədvəlinin 11-ci, 4 xala malik qonaqlar isə 9-cu pilləsində mövqe tutub.
Nihat