DÇ: Murad yarımfinalda - Süleymanı mübarizədən kənarlaşdıran yaponla qarşılaşacaq

DÇ: Murad yarımfinalda - Süleymanı mübarizədən kənarlaşdıran yaponla qarşılaşacaq
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) Bakıda keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, o, 1/4 finalda Aleksa Mitroviçi üstələyib.
Murad yarımfinalda yaponiyalı Qoki Tayima ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.
Bu gün daha öncə Süleyman Şükürov (90 kq) 1/16 finalda yarımfinalda Murada rəqib olan Tayimanın öhdəsindən gələ bilməyibsə, Südabə Ağayevanın önünü 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustant kəsib.
Toğrul
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər