"İmişli" köməkçi məşqçisi Zamir Həsənov və şef-skaut Rəsul Allahverdiyevlə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbol funksioneri ilə əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasında 4 xalla səkkizinci sırada yer alıb.