Azərbaycan 1-ci Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, dünən start götürən tur çərçivəsində bu gün daha bir oyun keçirilib.
Günün yeganə qarşılaşmasında çempionluğa namizəd iki komanda - "Səbail" ilə "Karvan-Yevlax" üz-üzə gəlib. Binədə baş tutan qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər
Hazırda turnir cədvəlinə 12 xal ilə "Şahdağ Qusar" başçılıq edir.
Qeyd edək ki, turun ilk oyununda "Şahdağ Qusar" "Zaqatala"nı 6:0 hesabı ilə məğlub edib.
Tur çərçivəsində oktyabrın 9-da MOİK – “Mingəçevir” və “Şimal” – “Xankəndi”, 10-da isə “Gəncəbasar” – “Baku Sportinq” matçı keçiriləcək.
1-ci Liqa
4-cü tur
8 oktyabr
“Səbail” – “Karvan-Yevlax” 1:1
Qollar: A.Qomes Soares, 7 - E.Sillas, 61.
Hakimlər: Emin Əliyev, Mirnihat Seyidov, Zakir Şükürzadə, Alik Yunusov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Binə qəsəbə stadionu.